Film / Serial
Film / Serial

Bayram günlərində izləyə biləcəyiniz seriallar...

Bayram günlərində izləyə biləcəyiniz seriallar...

Bu gündən – 31 dekabrdan 5 yanvara qədər Azərbaycanda qeyri-iş günüdür. Yəni davamlı vaxt tələb edən bir işiniz, sizi gözləyən oxucularınız yoxdursa, bu boş vaxtlarınızı dəyərləndirə bilərsiniz. Hələ də qış günlərində evdən çıxmaq istəmirsinizsə, sizə yaxşı təklifimiz var...

OLAY bayram günlərində izləyə biləcəyiniz 10 serialdan yazır...

“Körpü”

Komediya, mistisizm və dram janrlarını əhatə edən “Körpü serialı İTV-də yayımlanır. Azərbaycanın ekran işinin rejissoru Emil Quliyevdir, serialda Nofəl Şahlaroğlu, Elnur Hüseynov, Səmimi Fərhad, Ülvi Həsən və Rumiyə Ağayeva kimi aktyorlar rol alır. Mistik hadisələrdən bəhs edən ekran işini kanalın yutubunda da izləyə bilərsiniz. 

“Milli xəzinə: tarixin kənarında” (National Treasure: Edge Of History )

Serial detektiv, macəra janrındadır. Nathan Hope imzalı ekran işində Lysette Olivera, Catherine Zeta-Cons, Brida Vuul, Lindon Smit, Castin Bartha, Armanda Risco kimi simalar rol alıb. Bu layihədə 20 yaşlı Cessin ailəsinin sirrini açmasından və itirilmiş xəzinələri qaytarmağa çalışmasından bəhs edilir. 

“İki nəfərlik mənzil” (The Flatshare) 

Komediya janrında olan serialın rejissori Peter Cattaneo və Kloe Viksdir. Ekran işində Cessika Bron Findley, Ethorni Velis kimi aktyorlar yer alıb. Serialda gənc jurnalist Tiffaninin sevgilisindən ayrıldıqdan sonra başına gələnlər əks olunub. O, daha sonra tibb bacısı Leon ilə tanış olur. Bir mənzili gecə-gündüz növbəsi ilə bölüşmək qərarına gəlirlər. Beləliklə bir mənzili bölüşən iki qeyri-adi insanın hekayəsi başlayır. 

“Corc və Tammi” (George & Tammy )

Dram janrında olan serialda Cessika Kestein, Maykl Şannon, Stiv Zahn, Devid Vilson Barnes, Velton Coggins kimi aktyorlar yer alıb. 

“Talsa Kralı” (Tulsa King)

Dram janrında olan serialda Silvester Stallone, Andrea Savace, Martin Starr, Cey Uill, Meks Kasella rol alıb. General ləqəbli məhkum edilmiş Nyu-York mafiozu uzun müddət sonra azadlığa buraxılır. Müdir onu səhraya - Oklahoma ştatının Tulsa şəhərinə göndərir ki, orada cinayət şəbəkəsi təşkil etsin. General məsələyə bütün ciddiliyi ilə yanaşır və yeni kriminal imperiya yaratmağa başlayır.

“1899”

Serialın rejissoru Baran Bo Oderdir. Baş rollarda Emili Bikhem, Aneurin Barnard, Andreas Peaçmen, Miquel Bernardo,  Cos Pimentan oynayıb.Bir qrup avropalı miqrant Nyu Yorkda yeni həyata başlamaq üçün qayıqla Londonu tərk edir. Açıq dənizdə sürüklənən başqa bir gəmi ilə qarşılaşdıqda, səyahətləri kabusa çevrilir.

“1923”

Rejissoru Ben Riçardson və baş rollarda Harrison Ford, Helen Mirren, Brandon Sklenar, Darren Mann, Maykl Randolf, Culya Sçlepfirdir. Rançer Cacob və Kara Birləşmiş Ştatlarda böyük depressiya, qadağalar və artan mal oğurluğu zamanı sağ qalmaq üçün mübarizə aparırlar.

“Exo-3”

Rejissoru Pablo Trapero, Klaudiya Llosa və Mark Boaldur. Rollarda Maykl Huismen, Luke İvens, Ceyms Udom, Cessica Kollins, Elisabet Enviss və başqalarıdır. Alim Ember Çesboro Kolumbiya-Venesuela sərhəddində itkin düşəndə qardaşı və əri  müharibə zamanı onu tapmağa çalışır. Emberin sirləri olduğunu öyrənir.

“Təhlükəli əlaqələr” (Dangerous Liaisons)

Rejissoru Oliver Blekbern və Leonora Lonsdeyldir. Rollarda Alice Enqlert, Nikolas Denton, Kozar Ali, Nathaniel Sale, Fisayo Akinadedir. Parisin kasıb məhəllələrində böyüyən və fransız aristokratiyasının zirvəsinə yüksələn iki gənc sevgili Markiz de Merteyllə Vikont de Valmonun hekayəsindən bəhs olunur.

“The Witcher: Blood Origin”

Rejissor Viki Cevison, Sarah Oqormandır. Rollarda Lavrens Ofuaran, Mirren Mek, Lenni Henri, Cacob Kollins Levi və başqalarıdır.