Film / Serial
Film / Serial

Bred Marqotla öpüşmə səhnəsindən danışdı

Bred Marqotla öpüşmə səhnəsindən danışdı

Bred Pitt Marqot Robbinin “Babylon” filmində onunla öpüşmək üçün ssenarini dəyişdirməsindən danışıb.

OLAY yazır ki,  sənətçi bu mövzudan həmin ekran işi haqda açıqlama verərkən bəhs edib. “Mənimlə öpüşmək üçün Marqotun filmdə etdiyi ən məsum addım idi”, - deyə, məşhur aktyor bildirib.

Qeyd edək ki, bir müddət öncə Marqot Bred Pittlə bağlı etdiyi etirafla gündəmə gəlmişdi. Aktrisa müsahibəsi zaman ssenariyə öpüşmə səhnəsinin əlavə olunmasını istədiyini bildirmişdi:

“Öpüşmə səhnəsi ssenaridə yox idi. Bred Pitti öpmək şansı bir də nə vaxt qarşıma çıxa bilərdi? Rejissora söylədim. O da razılaşdı”.