Marqot Robbi və Bred Pittin baş rolunda olduğu “Babylon” filminin premyerasına qatılıblar.
OLAY yazır ki, gecədə Olivia Vayld, Tobi Maquayr və başqaları gəlib.
Los-Ancelesdəki Kino Filmləri Akademiyası Muzeyində Babylon filminin premyerasında xalça üzərində poza verən sənətçilər sırasında Dieqo Kalva da olub.
Qeyd edək ki, bir müddət öncə Marqot Bred Pittlə bağlı etdiyi etirafla gündəmə gəlmişdi. Aktrisa müsahibəsi zaman ssenariyə öpüşmə səhnəsinin əlavə olunmasını istədiyini bildirmişdi:
“Öpüşmə səhnəsi ssenaridə yox idi. Bred Pitti öpmək şansı bir də nə vaxt qarşıma çıxa bilərdi? Rejissora söylədim. O da razılaşdı”.
Onu da bildirək ki, “Babylon” 1920-ci illərdə Los-Ancelesdə çəkilmiş orijinal bir epikdir. Böyük şöhrətpərəstlik və hədsiz fantaziyanın hekayəsidir, Hollivudun cilovlanmayan tənəzzül və pozğunluq dövründə birdən çox obrazın yüksəlişini və çöküşünü göstərir.