Aktyor Corc Qafarov “Netflix” üçün filmə çəkilir.
OLAY-ın məlumatına görə, İndoneziya istehsalı olan layihə “Love is enough” adlanır. Corc filmdə baş qəhrəman Ellanın keçmiş və dünyasını dəyişmiş həyat yoldaşı Samir obrazına həyat verir.
Çəkilişləri Bakıda lentə alınan ekran işində Corcla bərabər indoneziyalı tanınmış aktyorlar Cordi Pranata və Angika Bolsterli də rol alır.