Dünyaca məşhur “Netflix” serialı “Emily in Paris”in dördüncü sezonu Avroviziyada çəkiləcək.
OLAY yazır ki, bu barədə layihənin prodüseri və yazarı Darren Star açıqlamasında bildirib.
Ekran işinin hekayəsində Benoit obrazının mahnı yazıb, onu sözügedən müsabiqəyə göndərməsi və qəbul olması əksini tapır.
Aktyorların gələn il Avroviziyaya gedib-getməyəcəyi müzakirə mövzusu olub.
Darren isə müsahibəsində serialın yeni sezonunun bir bölümünü Avroviziya səhnəsində çəkməyi planladığını doğrulayıb.