Piter Morqan tərəfindən yazılmış və 2016-cı ildən bəri izlənmə siyahılarının əvvəlində olan “The Crown” serialı 6-cı sezonu ilə izləyicilərlə vidalaşmağa hazırlaşır. 1997-ci ildən bu günə qədər kral ailəsinin yaşadıqlarını mövzu edən yeni mövsüm haqda ətraflı bilmək istəyirsizsə, bu yazı sizin üçündür...
OLAY “The Crown”un 6-cı sezonu barədə məlumatları təqdim edir:
Xəbərdarlıq: Bu məqalədə seriala baxmayan oxucular üçün spoyler ola bilər.
6-cı mövsüm aktyorları...
Yeni sezonla bağlı hamımızı maraqlandıran ilk şey, yəqin ki, aktyor heyətinin necə formalaşacağıdır.
İmalde Staunton (Kraliça Elizabet), Conatan Pris (Şahzadə Filipp), Lesli Manvil (Şahzadə Marqaret), Dominik Uest (Şahzadə Çarlz) və Oliviya Uilyams (Kamilla Parker Boulz), həmçinin Diananın son günlərini canlandırmaq üçün Elizabeth Debicki yeni mövsümdə əsas heyətdə yer alacaq adlar arasındadır.
6-cı sezonda Şahzadə Uilyam və Keytin gənclik illərini canlandırmaq üçün seriala yeni simaların da daxil olacağı gözlənilir.
Yeni sezonun əsas mövzusu...
Şahzadə Diana və Dodi Fayed tanışlığından sonra 5-ci mövsümün sonu serialın yeni sezonunun 1997-ci ildən başlayacağına işarə edir. Mövsümün qalan hissəsində çox güman ki, izləyəcəyimiz ssenarilərin kral ailəsinin təxminən 10 ilini əhatə edəcəyi gözlənilir.
Serialın prodüseri Peter Morqan ekran işinin günümüzə qədər davam etməyəcəyini və Şahzadə Harri ilə Meqan Marklın münasibətinin müzakirə olunmayacağını təsdiqləyərək, serialdakı hadisələrin 20 il əvvəl yaşanmış məqamlara üstünlük verdiyini qeyd edib.
Şahzadə Diananın ölümü...
Serialın yayımlandığı “Netflix” platforması 6-cı sezonda Diananın qəzaya düşməsi və ölümü ilə bağlı anlara yer verməyəcəyini açıqlayıb.
Serialın 6-cı sezonunun çəkilişlərinə başlanıldığı deyilsə də, tamaşaçı ilə nə vaxt görüşəcəyi böyük maraq doğurur.