İngilis rejissor Gay Riçi “Superman” obrazını canlandıran Henri Kavill və aktrisa Eysa Qonsaleslə yeni film üçün Antalyaya gedir.
OLAY yazır ki, G. Riçi “Operation Fortune” filmində olduğu kimi təzə ekran işinin bəzi kadrlarını Türkiyədə lentə alacaq.
Pol Teymesi və Demien Lyuisin ssearisini yazdığı “The Ministry Of Ungentlemanly Warfare” layihəsinin çəkilişləri Antalyada gerçəkləşəcək.