Fariz Əliyev ssenari müəllifi olduğu və yaxın günlərdə tamaşaçı qarşısına çıxmağa hazırlaşan “Dönənlər” filmi barədə danışıb.
OLAY yazır ki, bu haqda o, “Xəbər ətər” verilişində qonaq olarkən söz açıb.
Fariz bildirib ki, layihədə rol alan Əməkdar artist Dilarə Əliyeva iki dəfə çəkilişdən imtina edib:
“Biz filmin ssenarisini müzakirə edəndə çox fikirləşdik ki, burda elə bir ansambl olsun ki, xarici görünüşlə, yaş etibarı ilə fərqli olsunlar. Biz Dilarə xanımla danışanda əslində iki dəfə imtina etdi. Çünki film bir başqa mərhələdir, risklidir. Çox sağolsun ki, axırda bizə dəstək oldu”.
Qeyd edək ki, layihə 28 dekabrda Nizami Kino Mərkəzində təqdim ediləcək.
Filmin informasiya dəstəyi ATV, ARB TV və OLAY.az-dır.