Əməkdar artist Ayşad Məmmədovun qızı Mələksima Məmmədova “Səssiz oyun” adlı filmdə rol alıb.
OLAY-ın əldə etdiyi məlumata görə, “Laco Films” tərəfindən gerçəkləşdirilən layihədə Mələksima Rita obrazının gəncliyini canlandırıb.
Belə ki, filmdə hadisələr gənc yəhudi qız Şirinin 20 il əvvəl onu tərk edib İran rejimindən qaçmağa məcbur edilən anası Ritanı axtarmaq üçün xaricə səfəri ilə başlayır.
Ukrayna və İsrail istehsalı olan filmin rejissoru Aleks Osmolovskidir. Ekran işinin böyük bir qismi Bakının köhnə küçələrində çəkilib.
Qeyd edək ki, bu, Mələksimanın rol aldığı ilk filmdir. Onun atası Ayşad Məmmədovla yanaşı, anası İlqarə Tostka da aktrisalıq fəalliyyəti ilə məşğuldur.