Son günlərin ən çox danışılan serialı “Kulüp”lə bağlı yeni iddia irəli sürülüb.
OLAY yazır ki, ekran işində “Matilda” rolu üçün Gökçe Bahadırdan əvvəl Beren Saata təklif edildiyi söylənilib.
İddialarla bağlı açıqlama verən B. Saat bu sözləri deyib: “Bilirsiniz ki, “Maksim Gazinosu”nun serialı üçün çox çalışdıq, gündəm oldu, xəbər yazıldı. İndi mən Gökçeyə zəng edib onu yeni işi ilə bağlı təbrik etdim”.
Qeyd edək ki, Netflix platformasında təqdim olunan film səs-küyə səbəb olmuş, ən çox baxılan layihələr sırasına daxil olmuşdu.