Komediya və qorxunu birləşdirən “Netflix”in “Wednesday” serialı yayımlandığı gündən 85 ölkədə ən çox izlənilən ekran işi olub.
OLAY yazır ki, noyabrın 23-də sözügedən platformada premyerası olan ekran işi Wednesday Addamsın Nevermore Akademiyasında tələbəlik illərində qurulan fövqəltəbii sirlərlə dolu detektiv hekayəsindən bəhs edir.
“Wednesday” personajı Amerika komiksləri Çarlz Addams tərəfindən yaradılmış uydurma personajdır.
“Wednesday” psixi istedadını mənimsəməyə, şəhəri dəhşətə gətirən qanlı qətllərin qarşısını almağa və 25 il əvvəl valideynləri ilə bağlı fövqəltəbii sirri həll etməyə çalışır. Üstəlik, bütün bunları edərkən məktəbdə qurduğu yeni və xaotik münasibətlərdə yolunu tapmağa çalışacaq.
Layihənin ən maraqla qarşılanan obrazı isə “Şey”dir. Əl olan obrazın necə çəkildiyi isə “Netflix”in instaqram hesabında paylaşılıb.