Film / Serial
Film / Serial

Leonardo Cek rolunu itirə bilərmiş

Leonardo Cek rolunu itirə bilərmiş

Ceyms Kameron illər sonra “Titanic” filmi ilə bağlı maraqlı faktları açıqlayıb.

OLAY yazır ki, o, xüsuilə də Leonardo Dikapriodan danışıb. Kameron deyib ki, Leo əvvəlcə rolda oynamaya bilərmiş:

“Replik oxuyacam? Bunu etmərəm, demişdi. Mən də söylədim ki, ya replikləri oxuyacaqsan, ya da rolu itirəcəksən. Oxuduğu an Cek obrazına çevrildi. Keyt (Keyt Uinslet)  də bir anda canlandı. Onda özümə “Bu adamımızdır” demişdim”.