Film / Serial
Film / Serial

Cem Yılmazın serialı şikayət olundu

Cem Yılmazın serialı şikayət olundu

Cem Yılmazın məşhur “Erşan Kuneri” serialı məhkəməyə verilib. 

OLAY yazır ki, Aludəçiliyə və siqaretə yox dərnəyi Yılmazın ekran işini şikayət edib. Buna səbəb isə sözügedən layihədə alkoqol və siqaretin təbliği olduğu söylənilib. 

Baş Prokurorluğa verilən ərizədə serialın demək olar hər səhnəsində yer alan alkoqol və siqaret  kartelləri ilə gizli müqavilə bağlandığı iddia edilib.

Qeyd edək ki, sözügedən layihə “Netflix”də yayımlanıb.