Argentinalı aktrisa və müğənni Natalia Oreiro Rusiyada filmə çəkiləcək.
OLAY yazır ki, ölkənin yeni ili üçün çəkiləcək “Şaxta babaya məktub” adlı ekran işinin lentə alınması bu ay başlayacaq.
Layihənin 2024-cü ildə nümayişi planlaşdırılır.
Rejissor Kirill Kuzin dünyaca məşhur aktrisa Nataliyanın niyə onun layihəsində rol almağa razı olduğunu açıqlayıb.
“Bizim çox yaxşı ssenarimiz və təcrübəli prodüserlərimiz var. Ona görə də yəqin ki, filmdə çəkilmək üçün Nataliyanın razılığını ala bilmişik”, - deyə rejissor bildirib.
Filmdə Rinal Muxametov, Dmitri Nazarov və Nadejda Mixalkova da çəkiləcək.