Dünya pop səhnəsinin ulduzu Selena Qomezin 32 yaşlı nişanlısı, musiqi prodüseri Benni Blankonun martın 8-də 37 yaşı tamam olub.
OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabında sevgilisini bu münasibətlə təbrik edib.
“Sənə layiq olmaq üçün nə etdiyimi bilmirəm, amma lənət, bu dünyaya gəldiyin üçün çox şadam. Ad günün mübarək, sevgilim” – deyə, Qomez yazıb.
Onun bu sözlərinə Blanko şərh bölümündə “Sağ ol, arvadım” yazaraq, cavab verib.
Selena da fürsətdən istifadə edərək Benni ilə birgə fotolar silsiləsi dərc edib.
Selenanın keçmiş sevgilisi Castin Biberlə evli olan 28 yaşlı supermodel Heyli Qomez və Blankonu tənqid edən postu bəyəndiyi üzə çıxıb.
Bu barədə TikTok blogeri Kortni Presto məlumat yayıb.
O, izləyicilərinə Selena və Benninin şəkillərini tənqid etdiyi videonu Heylinin bəyənməsinin skrinşotunu nümayiş edib.
Videoda “Mən həqiqətən ən pisini seçə bilmirəm” deyilib.
Daha sonra yeni bir videoda Presto iddia edib ki, Heylinin bu davranışı onun Qomez ilə gizli ədavətinin olduğunu sübut edir.