“Telegram”ın sahibi, milyarder iş adamı Pavel Durovdan xəbər var.
OLAY yazır ki, sahibkarın işi ən azı bir il məhkəməyə verilməyəcək.
Bu səbəbdən Durov Fransada qalmağa məcbur olur.
Məhkəmənin yubadılması faktını Paris prokurorluğunun nümayəndəsi Maylis de Rek Uired müsahibəsində bildirib.
De Rek sənədlərin hələ hazırlıq mərhələsində olduğunu bildirib.
İşin məhkəməyə verilməsi üçün hazırlanarkən 40 yaşlı Durov Fransada qalmalı olacaq.
O, həmçinin vurğulayıb ki, hüquq-mühafizə orqanlarının tələbi ilə “Telegram”ın məlumat verməkdən imtina etməsi səbəbindən bir çox araşdırmaların dalana dirəndiyi məlum olduqdan sonra prokurorluq Pavel Durovun həbsinə order vermək qərarına gəlib.
Qeyd edək ki, Durov avqustun 24-də “Le Burje” hava limanında saxlanılıb. Bir neçə gün sonra o, qeyri-qanuni əməliyyatlar üçün onlayn platforma işlətmək, hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etmək və mütəşəkkil qrupun tərkibində cinayətləri gizlətmək də daxil olmaqla bir neçə ittihamla ittiham olunub. Milyarder 5 milyon girov müqabilində Fransadan çıxmasına qadağa qoyularaq sərbəst buraxılıb.