Digital
Digital

Ruslanadan Ekrem İmamoğlu ilə bağlı paylaşım

Ruslanadan Ekrem İmamoğlu ilə bağlı paylaşım

“Avroviziya 2004” yarışmasının qalibi Ruslana Lıjıçko İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi İmamoğlu ilə görüşündən fotosunu instaqram hesabında paylaşaraq dost olduqlarını qeyd edib:

“Hörmətli Ekrem İmamoğlu, Avropanın və dünyanın ən böyük şəhərlərindən birinə başçılıq etmək üçün keçirilən seçkilərdə qələbəyə gedən yolunuzu böyük maraqla izləyirəm. Dünyanın mədəniyyət paytaxtlarından birinin inkişafı ilə bağlı bütün arzularınızı həyata keçirmək üçün sizə ilham diləyirəm. İstanbul mənim üçün çox özəl bir şəhərdir. Bu şəhər mənim üçün əlamətdardır və mənə də böyük qələbə bəxş etdi! Görüşümüz simvolik idi! Dostlarımın uğurlarına və qələbələrinə həmişə hədsiz dərəcədə sevinirəm”.

Qeyd edək ki, ifaçı Avroviziyanın İstanbulda keçirildiyi il yarışmada qələbə qazanmışdı.