Digital
Digital

Yeni "iPhone"lar təqdim edildi: Qiymətlər açıqlandı

Yeni "iPhone"lar təqdim edildi: Qiymətlər açıqlandı

“Apple” növbəti məhsullarını təqdim edib. 

OLAY yazır ki,  “iPhone 15” ötən il təqdim edilən “iPhone 14 Pro” kimi “Dynamic Island” kəsiyinə sahibdir. Buna görə də bu modeldə inqilabi heç bir yenilik yoxdur. 


“iPhone 15” 6,1 düym, “iPhone 15 Plus” isə 6,7 düymlük ekrana malikdir.

Ekranın üstündə nəmdən qorunma və dözümlü şüşənin quraşdırıldığı bildirilib. Korpusda 75 faiz təkrar emal edilmiş alüminiumdan istifadə edilib. 

Kamera ikili olaraq qalıb, lakin əsas sensor indi 48 meqapiksel (F/1.6 apertura) təsvir ölçüsünə malikdir. Təqdimatda yenə də kamera proqramında fantastik təkmilləşdirmələrdən danışılıb. İkinci kameranın təsvir ölçüsü 12 meqapikseldir. Smartfonda 0,5x, 1x və 2x böyütmə rejimləri var.

Smartfon ötən ilki tək çipli “Apple A16” sistemi və uzun batareya ömrünə sahibdir. “iPhone 15” şarjı bütün günə yetəcək. 

“iPhone 15”-də yenilik USB-C ilə enerji toplamaq imkanıdır. “Apple” dərhal belə bir konnektorla təchiz olunmuş korpusa malik “AirPods Pro” qulaqlıqlarını və USB-C ilə simli qulaqlıqları elan edib.

128 GB yaddaşa malik “iPhone 15” və “iPhone 15 Plus” versiyaları üçün qiymətlər 800 və 900 dollardan başlayır. Satışlar sentyabrın 22-nə planlaşdırılır.

Təqdimatda növbəti yeni məhsul titan dizaynlı “iPhone 15 Pro” olub. Bu, “Apple”-ın indiyə qədərki ən yüngül pro smartfonudur.

“Apple” gözlənildiyi kimi ekran çərçivəsini daha kiçildib. 

“iPhone 15 Pro”-nun ekran diaqonalı 6,1 düymdür. “iPhone 15 Pro Max” 6,7 düymlük ekrana malikdir.

“Apple”, smartfonların çərçivəsi üçün istifadə edilən 5-ci dərəcəli titandan NASA-nın Mars roverində də istifadə edildiyini söyləyib.

Yeni smartfonlar 6 nüvəli prosessor və yeni qrafik nüvəsi olan  çipli “Apple A17 Bionic” sistemini alıb. “Neural Engine” süni intellekt tətbiqlərində iki dəfə sürətli oub.

Bu smartfonlar da USB-C-ni funksiyasını alıb, lakin yalnız Pro versiyaları 10 Gb/s-ə qədər sürət təklif edir. 

“iPhone 15 Pro” şirkətin tarixində ən yaxşı kameraya və 7 linzalı obyektivə malikdir. Əsas kamera 48 meqapiksel olaraq qalır, lakin daha müasir, daha böyük sensoru var. Elan edilmiş fokus uzunluqları 24, 28 və 35 mm-dir.


“iPhone 15 Pro”-da 3x zumlu telefoto obyektiv, “iPhone 15 Pro Max”-da isə 120 mm fokus məsafəsi olan 12 meqapiksellik kamerada 5x optik zum var. Üçüncü, ultra geniş bucaqlı kamera 12 meqapiksel təsvir ölçüsünə malikdir. Smartfonda makro rejim də mövcuddur.


“iPhone 15 Pro” və “iPhone 15 Pro Max”-ın 128 GB-lıq versiyaları üçün qiymətlər 1000 və 1200 dollardır. Öncədən sifarişlər sentyabrın 22-də başlayır.