Əməkdar artist Mehriban Xanlarova atası rəhmətə gedən iş adamı Mübariz Mənsimova başsağlığı verib.
OLAY yazır ki, bununla bağlı aktrisa instaqramda paylaşım edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Qurban Mənsimovla bağlı kədərini vurğulayıb:
“Bütün Mənsimovlar ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Allah qəni-qəni rəhmət etsin”.