Xalq artisti Faiq Ağayev məşqçisinin keçirdiyi məşqdə ağır xəsarət alıb, dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı paylaşım edib.
OLAY yazır ki, müğənni bu barədə feysbukda status paylaşıb:
“Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamaqlarına son qoyulmalıdır”, - deyə, Ağayev bildirib.