Mərhum müğənni Rəhim Rəhimlinin şəxsi instaqram hesabının adı dəyişdirilib.
OLAY yazır ki, bununla bağlı “Xəbər şou” süjet hazırlayıb. Bildirilib ki, onun sağlığında idarə etdiyi instaqram səhifəsi sıfırlanaraq xəbər portalına çevrilib. Məsələyə Rəhimlinin bir vaxt qalmaqal yaşadığı Roza Zərgərli münasibət bildirib:
“Küsülü olsaq da, onun səhifəsi əbədi qalmalıdır. Necə ki, Aslanın profili qalıb, doğrudan da kövrəldim. Baxmayaraq ki, onun ölümündən əvvəl dalaşmışdıq. Deməli, mənə nəsə olsa, illərdir işlətdiyim səhifə xəbər portalı olacaq? Bir sənətçinin tarixçəsi silinməməlidir. Rəhimin səhifəsində lap olsun, 300, 500 min, 1 milyon izləyici. O 1 milyon izləyiciyə görə, sənət adamının xatirəsini silməyə dəyər?”.
Bundan sonra Zərgərli Rəhimin meneceri ilə əlaqə saxlayıb, ona bunun düzgün olmadığını deyib. O, isə səhifənin aktivliyi öldüyü üçün belə etdiyini, profilin spama düşdüyünü, hər şey düzəldikdən sonra hesabən əvvəlki vəziyyətinə qayıdacağını söyləyib. Roza isə ondan dərhal səhifənin adını bərpa etməyini istəyib.
Qeyd edək ki, hazırda mərhumun iki hesabı mövcuddur. Onlardan birindəki paylaşımlar tamamilə silinib, sadəcə adı və 400-dən çox izləyicisi qalıb.
Digəri isə qeydiyyatdan musiqi qrupu kimi keçib və 2 mindən çox istifadəçi tərəfindın izlənilir. Sonuncu paylaşım 1 sentyabr 2020 tarixində olub.