Digital
Digital

“WhatsApp”da daha bir yenilik

“WhatsApp”da daha bir yenilik

İstifadəçilərinə hər gün yeni bir xüsusiyyət təqdim etmək vəzifəsi daşıyan WhatsApp-ın “xəbər bülleteni” xüsusiyyəti beta versiyada yenidən peyda olub.

OLAY yazır ki, yayımlanan skrinşotdakı məlumatlara görə, xəbər bülleteni ad verməli və təsvir əlavə etməlisiniz.

Məlum olub ki, yeni xüsusiyyət istifadəçilərə abunə ola biləcəyi xəbər lenti yaratmaq imkanı verir.

Bundan başqa, xəbər bülleteninə başlıq və təsvir qoyulacaq. Bundan sonra o, status bölməsində görünəcək.

Digər insanlar xəbər bülleteni dəvətindən istifadə edərək və ya “WhatsApp” daxilində istifadəçi adlarını daxil etməklə bülletenə abunə ola bilərlər.