Digital
Digital

“WhatsApp”da yeni funksiya işə düşür

“WhatsApp”da yeni funksiya işə düşür

“WhatsApp” messencerinin istifadəçiləri naməlum nömrələrdən səssiz zəngləri qəbul edə biləcəklər.

OLAY yazır ki, bu barədə WABetaInfo portalı məlumat yayıb. Bu, tanış olmayan zəngləri susdurmağa imkan verən yeni messencer funksiyası sayəsində mümkün olacaq. 

Həmin funksiya hazırda Android smartfonlarında beta sınaq mərhələsindədir və onu parametrlərdə aktivləşdirmək olar. Bildirilir ki, buraxılmış və qəbul edilmiş səssiz zənglər hələ də zənglər siyahısında, eləcə də bildiriş mərkəzində göstəriləcək. Yeni funksiya istifadəçiləri arzuolunmaz zənglərdən, həmçinin şəxsi məlumat almaq və ya arzuolunmaz ödəniş etmək üçün zəng edə bilən spamerlər və fırıldaqçılardan qorumaq üçün nəzərdə tutulub.

Naməlum nömrələrdən gələn zəngləri susdurmaq funksiyası sınaq mərhələsindədir, onun messencerdə tətbiqi vaxtı məlum deyil.