Müğənni Doğuşun atası olduğunu iddia edən 22 yaşlı Seyid DNT testinin nəticələri ilə razılaşmır.
OLAY yazır ki, bu barədə o, “Günaydın Azərbaycan” proqramına onlayn qonaq olarkən danışıb. O, Doğuşu İstanbula dəvət edərək analizlərin orada verilməsini istəyib:
“Mən DNT testinin nəticələrini qəbul etmirəm. Atamı ( Doğuş olduğunu iddia edir- red) İstanbulda gözləyirəm”.
Sənətçi isə “Öz oğlum olmasa da, onu övlad kimi qəbul etdim”,- deyə bildirib.