“Fevralın 2-i ad günümdür, bəlkə onda geniş açıqlama verdim. Üzü yaya doğru toyu düşünürük. Hazırlıqlara başlamışıq. Qadın kimi işim, karyeram və ailəmlə xoşbəxt idim. Bir kasadlığım vardı ki, ailə qurmaq, övlad sahibi olmaq istəyirdim. Şükür ki, istədiyimə nail oluram”.
OLAY yazır ki, bu sözləri “Maqazin Plus”a aparıcı Çinarə Əliyeva deyib. Evlənməyə hazırlaşan Çinarə nişanlısından söz açıb:
“O, elə bir insandır ki, hər kəsi anlayan, ziyalı ailədəndir. Əsası məni olduğum kimi qəbul edib, mənə də bu lazım idi. Əvvəlcədən hər şeyi danışmışıq. Ona görə artıq toylarda aparıcılıq etməyəcəyəm.
Yalnız xınalarda və qadın məclislərində olacaq. Mən bu sahəyə az qiymətlə başladım. Həmkarlarım elə qiymət deyirdilər ki, onlara tələbat var idi, mənə yox. Mən isə pillə-pillə qalxdım, indi də rahat qiymətimi deyə bilirəm. Hətta endirim istəniləndə söyləyirəm ki, məni istəyirsizsə, qiymət budur. Başqa həmkarlarım mənə görə qiymətlərdə endirim ediblər. Məni isə yüksək qiymətlə də çağırırlar. Blogerlik fəaliyyətimi də dayandırdım. Çünki həyatımda dəyişiklik oldu, gülməli roliklərə ara verdim.
Geyimlərlə bağlı blogerliyimi davam etdirirəm. İndi blogerlər elə qiymətlər deyirlər ki, onu hekayə bölməsi üçün də deməyə utanaram. Çünki böyük məbləğlərdən danışırlar. Hekayə bölməsindəki reklam qiyməti 500 manatdır, səhifədə 1000-1500 arası dəyişir. Əgər böyük layihə götürüb, reklam çarxında rol alıramsa, 10 min manatdır. Xına qiymətləri isə 5000-dən başlayır 18 minə qədər çıxır”.