“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, ABŞ-da yaşayan milyarder İlon Mask Ginnesin Rekordlar Kitabına düşüb.
OLAY yazır ki, “İş adamı tarixdə ən böyük şəxsi sərvət itkisinə görə dünya rekordunu rəsmi olaraq qırdı”, - Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir.
Təşkilat öz qərarını Forbes məlumatları ilə əsaslandırıb, ona görə də Maskın şəxsi kapitalı cəmi bir il ərzində 183 milyard dollar azalıb.
Maskdan əvvəlki rekordçu yapon sahibkar, Softbank-ın təsisçisi və baş direktoru Masayoshi Son olub. 2000-ci ildə o, şəxsi sərvətinin 58,6 milyard dollarını itirib.