İraqda təhlükəsizlik qüvvələri Bağdad və ölkənin müxtəlif şəhərlərində korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.
OLAY yazır ki, əməliyyat çərçivəsində saxlanılan 47 şübhəli arasında deputatlar və yüksək vəzifəli məmurların da olduğu bildirilir.
Deputat Hind əl-Abbasinin evində aparılan axtarış zamanı 57 milyon ABŞ dolları məbləğində nağd pul və 27 kiloqram xalis qızıl aşkarlanıb.
Bundan əlavə, evdə qızıldan hazırlanmış alt paltarı da tapılıb.