Dəb
Dəb

Azərbaycanlı model Venesiyada “qırmızı xalı”ya çıxdı

Azərbaycanlı model Venesiyada “qırmızı xalı”ya çıxdı

Azərbaycanlı model Sirac Bəyalızadə İtalyanın Venesiya şəhərində keçirilən sayca 81-ci Film Festivalına qatılıb. 

OLAY yazır ki, bu haqda Sirac instaqramda məlumat verib.

Model dünya ulduzlarının bərq vurduğu festivalın “qırmızı xalı” mərasimində iştirak edib. 

Bəyalızadə üzərinə ağ köynək eyni rəngdə kənarlardan ayağına qədər uzanan jilet, qara şalvar geyinib.

Sirac dəbli “look”u ilə fotoqraflara pozlar verib.