Dəb
Dəb

Rihannadan “Perfect” üçün fotolar

Rihannadan “Perfect” üçün fotolar

Dünya ulduzu Rihanna “Perfect” dərgisinin üz qabığında yer alıb.

OLAY yazır ki, dəb fotoqrafı Karlen Ceykobsun obyektivinin qarşına keçən 36 yaşlı sənətçi cəsarətli və cazibədar pozalar verib.

Şəkillərdə ulduz “mafiyanın xanımı” və ya nəşrdə qeyd edildiyi kimi, ideal Hollivud həyat yoldaşı obrazında görünüb.

Riri əyninə xəz palto, çox sayda zinət əşyaları, bəbir printli palto geyinib. Dəbdəbəli obrazını isə müğənni parlaq makiyajla tamamlayıb. 

Rihanna bildirib ki, pələng və heyvan izləri olan əşyalar süni materiallardan hazırlanıb.

Rəşad Əliyev