Dəb
Dəb

Diananın əşyaları 5 milyona satıldı!

Diananın əşyaları 5 milyona satıldı!

Mərhum Şahzadə Diananın paltarları və əşyaları rekord qiymətə satılıb.

OLAY yazır ki, onun əşyalarının və libaslarının yer aldığı hərracda ümümilikdə 5 milyon dollarlıq satış edilib. 

Kaliforniyada baş tutan sərgidə kral ailəsinə məxsus 200-dən artıq eksponant bazarlanıb.

Viktor Edelstein imzalı gecə libası 910 min dollar özünə yeni sahib tapıb. Həmin paltarı Diana 1987-ci ildə Londonda və Almaniyada geyinib.