Müğənni Billi Ayliş instaqramda geyimi tərzini tənqid edənlərə cavab verib.
OLAY yazır ki, 21 yaşlı aktrisa son zamanlar əvvəlki stilindən tamamilə fərqli şəkildə çıxmasına belə münasibət bildirib:
“Mən oğlan kimi geyindiyim üçün alçaldıldım və daima eşitdim ki, daha qadın kimi olsaydım, daha seksual görünərdim. İndi isə daha bədənə yapışan və qadına xas libaslar geyindiyim üçün tənqid edilirəm”.
O, mühakimə edən pərəstişkarlarını axmaq adlandırıb və qadınları istədikləri kimi geyinə bilməkləri üçün üzərindəki təzyiqin azaldılmasını tələb edib.