Bu il 4 ulduz milyarderlər sırasına qoşulub.
OLAY Justjared-ə istinadən onları təqdim edir:
Beyons Noulz-Karter
Təxmini sərvət: 1 milyard dollar
2026-cı ildən etibarən Beyonsun sərvəti 1 milyard dollara çatıb. Forbes jurnalının hesablamalarına görə, onun sərvətinin mənbəyi musiqi satışları, konsert turları və milyarder həyat yoldaşı Cey Zi ilə birlikdə sahib olduqları incəsənət kolleksiyasıdır. Cey Zinin sərvəti təxminən 2,8 milyard dollar qiymətləndirilir.

Dr. Dre
Təxmini sərvət: 1 milyard dollar
Dr. Dre də 2026-cı ildə milyarder statusu qazanıb. Bu, əsasən onun məşhur “Beats by Dre” qulaqlıqlarının 2024-cü ildə ”Apple” şirkətinə təxminən 3 milyard dollar nağd pul və səhmlər qarşılığında satılmasından sonra baş verib.

Roger Federer
Təxmini sərvət: 1,1 milyard dollar
Tennis əfsanəsi Roger Federer 2026-cı ildə milyarderlər siyahısına qoşulub. Forbes-in məlumatına görə, onun sərvətinin əsas mənbələri 20 dəfə qazandığı “Grand Slam” tək kişi titulları və İsveçrə idman ayaqqabısı şirkəti “On Running”-də sahib olduğu paydır.

Ceyms Kemeron
Təxmini sərvət: 1,1 milyard dollar
Yeni məşhur milyarderlər siyahısını “Titanik” filminin rejissoru Ceyms Kemeron tamamlayır. “Oskar” mükafatlı rejissor həmçinin “Avatar” və “Terminator” seriyalarına da rəhbərlik edib. Forbes-ə görə o, Steven Spilbergdən sonra ikinci ən çox gəlir gətirən rejissor hesab olunur. Spilbergin sərvəti isə təxminən 7,1 milyard dollar qiymətləndirilir.
