15 iyun Azərbaycan Respublikasında Milli Qurtuluş Günü kimi qeyd olunur.

OLAY yazır ki, bu tarix 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni xaosdan, anarxiyadan, eləcə də parçalanma təhlükəsindən xilas edərək sabitlik və inkişaf yoluna çıxardığı dövrdür.

Həmin gün Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlətçilik böhranına son qoyulmuş, sonradan 1997-ci ildən etibarən bu tarix rəsmi bayram elan edilmiş və 1998-ci ildən dövlət statusu alaraq rəsmi qeyri-iş günü kimi təqvimə daxil edilmişdir. Milli Qurtuluş Günü dövlət müstəqilliyinin qorunub saxlanması və Azərbaycanın müasir inkişaf təməlinin qoyulduğu gün kimi xalq tərəfindən hər il böyük qürurla yad edilir.