İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib.

OLAY AZƏRTAC-a istinadən xəbər verir ki, Alyona Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib: “İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir”.

Ə.Məlikova qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.

Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar Alyona Əliyeva moda nümayişini izlədi - Fotolar