Ab-hava
Ab-hava

Bu gün avtobuslar bu saata kimi işləyəcək - Xəbərdarlıq!

Bu gün avtobuslar bu saata kimi işləyəcək - Xəbərdarlıq!

“Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”.

OLAY yazır ki, bu barədə oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

“Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - deyə qurum rəsmisi vurğulayıb.