Avstraliyalı aktrisa Erika Hoy yol qəzasında dünyasını dəyişib.
OLAY yazır ki, onun avtomobili yük maşını ilə toqquşub. 26 yaşlı Erika əkiz bacısı və sevgilisinin gözü qarşısında həyatını itirib.
Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçmağa cəhd etsə də, polisin başlatdığı əməliyyat nəticəsində saxlanılıb.
Qeyd edək ki, karyerasının başlanğıcında olan Hoy aktyorluq sahəsinə ötən il yayımlanan “Jo-Anne Spirit Guide” serialı ilə başlayıb.