Media
Media

“Qızıma verdiyim sözü tuta bilmədim”

“Qızıma verdiyim sözü tuta bilmədim”

“İnsanlarımızda rəqəmə ilişib qalmaq var. Deyirlər ki, 40 yaşımdır, indi nə edəcəm? Sənin həyatın 40 yaşından sonra başlayır. İllər bizim sərvətimizdir”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sonaq olduğu “Səhərin səsi” proqramında deyib.  

46 yaşını qeyd edən müğənni-bəstəkar çıxışı zamanı xəyanətdən də danışıb:

“Xəyanəti bağışlamaram. Hamı kimi… Xəyanət gördüyüm insan, tərəfi dərhal kəsib atıram. İzahatı verilmədən! Mən də xəyanətə məruz qalmışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm”. 

T. Ağayeva qeyd edib ki, ondan istifadə edən şəxsləri həyatından uzaqlaşdırıb:

“Məndən istifadə edənlər həyatımda yoxdur. Hallar olub ki, çox qısa zamanda bunun fərqinə varmışam. Amma uzun illər o şəxsləri tanımamışam”. 

Xalq artisti qızı Fidan haqqında da danışıb:

“Öz uşaqlarımızın həyatını uğurlu görmək istəyirik. Analar, qızlar qəribə əlaqədə olur. Bəzən ananın taleyini qız daşıyır.  Hər zaman çalışmışam ki, özümdəki boşluqlar barədə qızıma məlumat verirəm. Ona başa salmışam ki, ləyaqətini üstün tutsun. Tez təsir altına düşən qız deyil, xarakterlidir. Hətta bizim sözümüz də üst-üstə düşmür. Məndən örnəklər götürür. Eləcə də demişəm ki, sənin qarşına çıxacaq şəxslə xoşbəxt olmağa əmin olmalısan.

Qızıma heç qadağalar qoymamışam. Onun yaşına xas olmayan hərəkətlər edərsə, bunu söyləyərəm. O, hər zaman sərbəst olub.  Yeddi ildir İstanbulda yaşayır. Özü təəccüblənmişdi ki, tək övladınam, necə xaricdə oxumağa icazə verirsən. Qızıma bir söz vermişdim, amma yerinə yetirmədim. Demişdim ki, hər ay yanına gedəcəm. Amma alınmır. Qızıma demişəm ki, təqaüdə çıxanda yanına gələcəm”.