Media
Media

“Hansısa it hürüşünə görə karvanınızı saxlamayın”

“Hansısa it hürüşünə görə karvanınızı saxlamayın”

“Sizi savadsızcasına, əsassız və tərbiyəsizcəsinə tənqid edən insanları boş verin. Şübhəsiz ki, boş qazan möhkəm səs verir. Həm də bilin ki, o adamlar nəinki cəmiyyətdə, hər yerdə - işində, sosial ortamlarda və ən əsası ailə içində belə aqressivdirlər”.

OLAY yazır ki, bu sözləri müğənni Elvin Mirzəzadə feysbuk hesabında bildirib. Sənətçi fikirlərinə belə davam edib:

“Məsələn mən, mənə qarşı belə tərbiyəsizlik edən adamların səviyyəsinə düşmürəm, onlara cavab vermirəm (şərəf və ləyaqətimə dil uzatmayana qədər). Çünki bilirəm ki, ürəyini mənə boşaltmasa, gedib evdə arvadını, qızını döyəcək, doğmalarına kin qusacaq. Yaşadıqlarımız, gördüklərimiz ona bir daha təsdiq verir ki, həyatın ən komik-paradoksal bir şeyi var: Kimdə nə yoxdursa, ondan danışır. Onsuz da problemlərlə əlləşdiyimiz bir dönəmdə bir də hansısa it hürüşünə görə karvanınızı saxlamayın. Hər şeyə inad gülümsəyin və möhkəm olun. Sizi sevirəm, dostlar!”.

Xatırladaq ki, Elvin həmkarı Sabir Əhmədovla qalmaqalı ilə gündəmə gəlib. “Səhərin səsi” verilişinin canlı efirində aparıcının sualından sonra iki ifaçı arasında gərginlik yaşanıb. Onlar studiyanı tərk edərək söhbətə kənarda davam ediblər.