Media
Media

Vüsalə Əlizadə söz atdı

Vüsalə Əlizadə söz atdı

Aparıcı Vüsalə Əlizadə “7 canlı” verilişinin növbəti buraxılışında ad çəkmədən bəzi həmkarlarına söz atıb.

OLAY yazır ki, o, proqramının qonağı olan Əməkdar artist Nigar Şabanovanının boşanma xəbərlərini qabardan aparıcılara irad bildirib. Vüsalə deyib ki, Nigarın 1 il ərzində yaşadıqlarını bilsə də, bunu gündəmə gətirməyib:

“Mən heç vaxt insanların hisslərindən istifadə edib proqram qurmaram. Çünki özümü göz önünə gətirərəm. Dəfələrlə sənət adamları bostanıma daş atıblar, tələ qurublar, istəyiblər nəsə etsinlər ki, bəlkə Vüsalə cavab verər. Amma bütövlükdə hər şeylərini bilsəm də, susmuşam. Nigar mənə doğmadır, əziz bir xanımdır. O, özü açıqlama verəndə mən şoka düşdüm ki, niyə? Həmkarlarımın proqram quruluşuna, fikirlərinə müdaxilə etmək istəmirəm. Hər kəsin işinin gedişatı, təqdimatı, öz yanaşması var.

Sonradan bunu əlində bayraq edib, Nigarı ardı kəsilmədən efirlərə çağırmaq, üzərinə getmək… Əvvəla qarşınızda bir xanım, insan var. Onu böyüdən bir valideyn, Nigarın böyütdüyü bir qız övladı var. Yetəri qədər açıqlama varsa, kifayətdir. Mən xoşbəxt olanda kimsə gəlib qarışır? Əksinə sıxırlar, daş atırlar, bəxtəvərlik verirlər. Çox sevdiyim söz var, deyir, yaşatdığınızı yaşamadan dünyadan köçməzlər. Hər kəsin ailəsində problem, sıxıntı var. Kiminsə yaşadıqları üzərindən gülmək, reytinq qazanmaq, çağıraq danışsın, “vuraq, “partladaq”. İnanın ki, çoxları haqda bildiklərimi danışsa, nəinki Azərbaycanda dünyada birinci olaraq”.