Media
Media

Pərvin “ATV”dən ayrıldı

Pərvin “ATV”dən ayrıldı

“ATV”nin məşhur xəbər aparıcısı Pərvin Əsgərli işindən ayrılıb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat paylaşıb:

“Bu da son, daha bir yolun sonuna gəldik... “ATV” ilə yollarımı ayırdım. Hər kəsə uğurlar. Ən qısa zamanda yenidən görüşənədək, dostlar. Sevgi və hörmətlə, sizin Pərvin Əsgərli”.

OLAY mövzu ilə bağlı P. Əsgərli ilə əlaqə saxlasa da, aparıcı əlavə açıqlama vermək istəmədiyini bildirib.