Bu gün Xəzər Televiziyasının 15 yaşı tamam olub.
OLAY yazır ki, “Xəbər ertəsi” verilişinin aparıcısı Aytən Səfərova çalışdığı kanalın doğum gününü instaqram paylaşım ilə təbrik edib.
Aytən bu fikirləri qeyd edib:
“Yadımdadır, 2015-ci ildə mən “ANS”dən öz ərizəmlə çıxdıqdan 1 gün keçməmişdi. Mənə “ATV”, AzTV və “Xəzər”dən təkliflər gəldi. “Xəzər”dən zəng edən mötəbər şəxsə o vaxt “Mənim işləyəcəyim və özümü gördüyüm telekanal deyil” cavabını vermişdim. Sonralar bu cavabımın altını çəkdim, çəkdirdilər... Bütün bunlar məni daha da güclü etdi. Və bu gün “Xəzər TV” hər bir peşəkarın çalışmaq istədiyi 1 nömrəli televiziyadır! 25 illik əziyyət, zəhmət, enişli-yoxuşlu TV və Radio yolumun (bəlkə də) sonunda Tanrıdan bir hədiyyədir mənə bu gün “Xəzər”də olmaq. Doğma “Xəzər”imiz! Yaxşı ki, varsan”.