Media
Media

“Uşaqlarıma ev düşməsin deyə, iyrəncliyə əl atılıb”

“Uşaqlarıma ev düşməsin deyə, iyrəncliyə əl atılıb”

“Bu gün canlı yayım açıb sizə mənə qarşı qurulan “möhtəşəm” oyundan danışacağam. Hətta adlı-sanlı MTK-nın da buna necə alət olduğundan, qanundan kənara çıxdığından bəhs edəcəm. Pulu tamamilə verib bağlanmış evi necə saxta yollarla aylardır ödənməmiş kimi göstərməklərindən söz açacağam”.

OLAY yazır ki, bu sözləri instaqramda influenser Asya Aslanova paylaşıb.

O boşanma prosesində olduğu həyat yoldaşı Fuad İsmayılovu tikinti şirkəti ilə əlbir olmaqda günahlandırıb:

“Məhkəmə prosesində mənim uşaqlarıma ev düşməsin, gücsüz düşüm deyə, bu yola əl atılması böyük iyrənclikdir. Demək ki, bu ölkədə kimsə binanın yiyəsinin dostudursa, qoşulub saxtakarlıq edə bilərlər. Bu necə vicdansızlıqdır. MTK-ya yığıb, “Axı niyə mənə qarşı oyun qurursunuz, ödənişi tam edib” dedikdə isə mənə “Gedin hara şikayət edirsiniz, edin” deyirlər. Belə özbaşınalıqdır? Budur qanun? Söhbət “Ailə Park” Səhmdar Cəmiyyətindən gedir. Mən birazdan həmin binanın və rəhbərliyin adını açıq-aşkar paylaşacağam. Bəsdir daha! Nə qədər haqsızlıqlara susmuşam. Şokdayam ki, tamamilə krediti bitmiş evi, necə ödənməmiş kimi göstərmək olar? Sizə detallı hər şeyi danışacağam. Həddindən artıq susdum. Hara lazımdı şikayət edəcəm. İki uşaqlı qadına, onlar üçün hər şeyin yaxşısını etməyə çalışan bir anaya qarşı etdiyiniz vicdansızlıqdır. Ayıb olsun!”.

Daha sonra Asya Fuadın onu hədələdiyinə eyham vurub:

“Görəsən, hamilə vaxtımdan tutmuş dünənədək olanları paylaşsam, ölkədən kim köçər? Pis insana niyə məhz dünənə qədər “evə qayıt” deyilsin? Məni ən çox qadınlar yaxşı başa düşər. Heç kimin nüfuzuna və adına zərər vermək istəməmişəm. Ətrafım, bloger dostlarım, qohumlarım həmişə bilib ki, düşmənlik edən tərəf mən olmamışam. Övladlarım var. Məni hədələmə! Paylaş! Qarşılıqlı paylaşaq! Baxaq bu ölkədəki insanlar kimə haqq verəcək. Mənə haqq verilməsə, ölkədən gedərəm. Bu qədər açıq deyirəm!

Boşanmaq istəyən bir qadın kimi sakit məhkəməyə müraciət etmişəm. Düşmən də olmaq istəməmişəm. Bu insan özü dediyi halda ki, övladlarım yoxdur, istəmirəm. Mən demişəm ki, eləmə. Onların günahı yoxdur. Həmişə istəmişəm ki, sakit yekunlaşsın. Görün necə iyrəncləşmişik ki, əlacsız qalıb bunu sosial mediaya daşıdım. İki gün öncə 2 saata yaxın telefondan danışdıq, geri qayıtmağımı istədi, sonra yenə istəmədiyimi dedim, sakit bitməsini istədiyimi söyləyim. Amma mənə dünən məhkəmədən oyun qurmaqları ilə bağlı SMS gəlir. Niyə axı bitmir? Niyə sakit bitmir? Niyə hər normal münasibət kimi bitmir?”.

Qeyd edək ki, Asya fotoqraf həyat yoldaşı Fuad İsmayılovdan ayrılıb. Onların iki övladı var.