Media
Media

Bir-birini izləmədən çıxardılar

Bir-birini izləmədən çıxardılar

Bir neçə aydır ayrılmaqları barədə söz-söhbət gəzən aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xəlilbəyli İnstaqramda bir-birini izləmədən çıxarıb.

OLAY-ın məlumatına görə, belə ki, aktrisa yanvardan etibarən Muradla bağlı heç bir paylaşım etmir.

Onlar övladlarının bağçadakı tədbirində də ayrı-ayrı paylaşım etmiş, birlikdə yer almamışdılar.

Ötən gün Ülviyyə Nil Karaibrahimgilin bu sözlərinin yer aldığı mahnı ilə videosunu sosial media hesabında paylaşıb:

“Gözəl bir xanım olanda öz atınız olsun. Öz pulunuzu özünüz qazanın, rahat xərcləyin. Beləliklə, ayrılaqlarla, boşanmalarla atdan enib, uzunqulağa minməzsiniz, atınızı heç kim sizdən ala bilməz, başqa yerə gedə bilərsiniz”.

Aylar öncə aktrisa İnstaqramda həyat yoldaşını işarələyərək “Birazdan şok açıqlamalar olacaq”, - deyə yazmış, o, daha sonra toyunda xanımı ilə bərabər anasının da əlini tutan bəyin fotosunu paylaşaraq “Ancaq yaşayan bilər” qeydini əlavə etmişdi.

Daha sonra sənətçi paylaşımlarını silmişdi.

Ülviyyənin bu ilin aprelində tətilə Muradla yox, qardaşı və böyük oğlu Fuadla birgə getməsi də diqqət çəkmişdi. Sənətçi mayda İnstaqram izləyicilərinin ailə və sevgi ilə bağlı suallarına da müəmmalı cavab vermişdi.

“Əsas sizi sevən bəy xarakterli olsun. Sevdiyi qadını qorumağı, sahiblənməyi bacarsın. Bəzi köhnə düşüncəlilər qorumağı, xanımını qəfəsə qoymaqda, geyiminə qarışıb, çürütməkdə görürlər. Amma birini nə qədər sıxsan, o qədər çox gedər”, - deyə, Xəlilbəyli paylaşımlarının birinə yazmışdı.

Digər diqqətçəkən paylaşım isə aktrisanın “Bu günə qədər hekayəmi kənardakılar yazdı. Bundan sonrasını özüm yazacam. Səhvimlə-düzümlə arxaya baxmadan irəliyə doğru gedəcəm. Xoşbəxt olacam! Çünki özüm olacam” sözləri idi.

Ailə ilə bağlı maraqlı məqamlardan biri isə onların ayrıldığı deyilsə də, Muradın Ülviyyənin doğum günü partisinə qatılması idi. Lakin aktyor yalnız qonaqların çəkdiyi görüntülərdə gözə çarpmış, həyat yoldaşı ilə birlikdə kamera qarşısına keçdiyi heç bir kadr paylaşılmamışdı.

Hadisələr bununla da bitmir. Bir həftə öncə Xəlilbəyli övladı Fuadın fotosunu paylaşaraq “Balamı iki gündür görmürəm. Necə darıxdım”, ardınca isə “Allahım, sən anladın. Sənə həvalə etmişəm” paylaşımını etmişdi.

Nəticədə, bir neçə gün əvvəl hər iki tərəf qarşılıqlı olaraq sosial şəbəkə hesablarından bir-birini çıxarıblar.

Qeyd edək ki, cütlüyün Fuad və Rasul adında iki oğlu var.