Evli olan aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyli arasında problem yarandığı düşünülüb.
OLAY yazır ki, buna səbəb Ülviyyənin instaqram statusları olub.
Belə ki, aktrisa həyat yoldaşını işarələyərək “Birazdan şok açıqlamalar olacaq”, - deyə yazıb. O daha sonra toyunda xanımı ilə bərabər anasının da əlini tutan bəyin fotosunu paylaşaraq “Ancaq yaşayan bilər” qeydini əlavə edib. Daha sonra sənətçi paylaşımlarını silib.
Qeyd edək ki, cütlüyün iki oğlu var.