Gənc müğənni Hiss bu gün təqdim etdiyi “Busan” treki müzakirə yaradıb.
OLAY yazır ki, məşhur ifaçının müəllifi olduğu mahnıda “tikanlı” sözlərə üstünlük verilib. Elə bu səbəbdən də bəstə sosial şəbəkələrdə mövzu predmetinə çevirilib. Kimisi Hiss-in ifasını son zamanlar qalmaqal yaşadığı şəxslərə ithaf etdiyi, kimisi isə şou aləmində ona “ağız büzən” hər kəsə cavab kimi qiymətləndirib.
Mövzu barədə OLAY-a danışan sənətçi bəstənin konkret kiməsə həsr olunmadığını qeyd edib.
Hiss deyib ki, uğur qazandıqca onu həzm etməyənlərin sayı artır:
“Əslində mahnı heç kimə ithaf olunmayıb. Hələ mənim üçün elə maraqlı “hater” (nifrət edən) yoxdur ki, ona trek həsr edim. Söz və musiqisi özümə məxsusdur. İnsan irəli getdikcə gözü götürməyənlərin nə qədər çox olduğunun fərqinə varır. Əvvəl saflığımdan bunu görmürdüm. Amma indi yavaş- yavaş dərk edirəm. Yenə də hamısına xoşbəxtlik arzu edirəm ki, başqasının həyatına baxıb həsəd aparmasınlar. Çünki, hamımızın bir həyatı var. Treki sadəcə ümumi “hater”lərə həsr etmişəm”.