“WhatsApp” rəsmi olaraq blokdan yan keçmək üçün yeni funksiya əlavə edib.
OLAY yazır ki, bu barədə proqram tərtibatçılarının rəsmi bloqunda məlumat verilib. “Proksi vasitəsilə əlaqə WhatsApp-ın təmin etdiyi yüksək məxfilik və təhlükəsizlik səviyyəsini qoruyur. Şəxsi mesajlarınız başdan-başa şifrələmə ilə qorunmağa davam edəcək”, - “WhatsApp” nümayəndələri əmin ediblər.
Qeyd olunur ki, proksi server vasitəsilə qoşulma adətən şəbəkədə işləyərkən əlavə mühafizə üçün istifadə olunur, lakin bu həll blokdan yan keçməyə də imkan verir. Yeni funksiya 2022-ci ilin sonunda İranda votsap və instaqramın bloklanmasından sonra (Meta-nın sahibi Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) ölkədə uzun sürən kütləvi etirazlar səbəbindən ortaya çıxıb. Şirkət Tehranın belə bir qərarının insan hüquqlarının pozulması olduğuna əmindir.
Messencerin nümayəndələri bloqda öz proksi-serverlərinin necə yaradılması və konfiqurasiyası ilə bağlı təlimatları da dərc ediblər. Proksi vasitəsilə əlaqə artıq iOS və Android sistemlərində smartfonlar üçün tətbiqin yeni versiyalarında mövcuddur.
Bundan əvvəl bildirilmişdi ki, “WhatsApp” messencerdə əlfəcin ikonasının tətbiqi üzərində işləyir ki, istifadəçilər həmsöhbətin hansı mesajları saxladığını yazışmalarda görə bilsinlər.