Media
Media

“Dost itkisi yaşadım, ruhu şad olmasın”

“Dost itkisi yaşadım, ruhu şad olmasın”

“İllər öncə ard-arda aldığım bir neçə travmadan sonra öz adımı belə unutmaq dərəcəsinə çatdım. Ailəm psixoloq axtarışına çıxdı. 8 seansdan sonra özümə gəldim”. 

OLAY yazır ki, bu sözləri aktrisa Günay Əhməd sosial şəbəkədə yazıb. Sənətçi 2020-ci ildən bu yana haqsızlıqla üzləşdiyini, əsəblərinin gərildiyini bildirib:

“Ətrafımda yaşanan bəzi durumlara daha əvvəlki kimi səbrlə yanaşa bilmirdim. Bəzən mən də kimlərəsə haqsızlıq edirdim, ən çox da sevdiklərimin qəlbini qırırdım. Türklər demiş, canım yandığı üçün can incitdim.

Amma bir yerdə özüm özümü müşahidə etməyə başladım. Dedim ki, Günay, bəlkə yavaşlayaq. Əvvəl ətrafımda daha çox insan var idi. Əvvəlki kimi olmaq istəmirəm. Mənə ətrafımdakıların kəmiyyəti yox, keyfiyyəti lazımdır. Münasibətlərdə ən çox dəyər verdiyim amil səmimiyyətdir. O yoxdursa, o adamın varlığına da ehtiyac duymaram. Əl-qərəz avqustun sonları dost itkisi yaşadım. Ruhu şad olsun, ya olmasın, ya da olsun. Təki məndən uzaq, ya da üzdən iraq olsunlar. Mənə nə? 

Bu itki məni olduqca sarsıtdı. Ancaq neqativ saçmağa başladım. Bunları ailəmə də, ətrafıma da yansıtdım. Artıq içimdə sevimli psixoloqumla danışırdım. Mən anlayırdım ki, özümlə bacarmıram. Və psixoloquma “Sizə çox ehtiyacım var” yazdım. Düzdü, hələ tam adam olmamışam, amma beynimdə qarışan bir neçə rəfi artıq yerbəyer etmişəm. Yenidən analiz etmə qabiliyyətim qayıdır. Bəzən beyində donma olur, amma o da keçəcək. İnanıram”.