WOW
WOW

“Övladıma atalıq etmir”

“Övladıma atalıq etmir”

İnfluenser Həmayıl Ələsgərova keçmiş həyat yoldaşı Saməddin Cəfərovla bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, bloger Nəcibə Əhmədinin yutub kanalında danışıb.

Həmayılın sözlərinə görə, Saməddin illərdir oğluna atalıq etmir:

“İndi ailəsi var, Allah balasını xoşbəxt etsin. Özümlə bağlı o insanı keçmişəm. Nə sevgi duyuram, nə nifrət. Amma övladıma görə, o insanı bağışlamayacağam. Haqqımı halal etmirəm. İllərdir oğluma atalıq etmir. Nə maddi, nə mənəvi yanında olub. Özümü, yaşadıqlarımı bir kənara qoymuşam. Övladımın haqqını yediyi, atalıq etmədiyi üçün onu bağışlamayacağam. Biz 2020-də ayrılmışıq, 2021-də rəsmən boşandıq. Bu illər ərzində bir-iki ay aliment verib”.