Türkiyəli məşhur nəğməkar şair Ülkü Aker vəfat edib.

OLAY “TRT haber”e istinadən yazır ki, mərhumla vida mərasimi bu gün İstanbulda keçiriləcək.

Sənətçinin vəfatı ilə bağlı sosial şəbəkə hesabında başsağlığı paylaşan məşhur müğənni Ajda Pekkan bildirib ki, Akerin yazdığı mahnılar musiqisevərlərin qəlbində yaşayacaq.

Tanınmış müğənni Nilüfer də sosial şəbəkədə paylaşım edərək onun itkisini böyük kədər kimi qiymətləndirib.

Aker həmçinin Selda Bağcan, Sezen Aksu, Ferdi Özbeğen, Ayten Alpman və Semiramis Pekkan kimi tanınmış sənətçilərlə əməkdaşlıq edib.

“Bana Yalan Söylediler”, “Mavi Boncuk”, “Bir Fincan Kahve Olsam”, “Son Arzum”, “Eskimeyen Dost”, “Sana Ne Kime Ne”, “Tek Başına” və kimi əsərlər onun sözlərinə bəstələnib və dillər əzbərinə çevrilib.