SSRİ Xalq artisti və Özbəkistanın Əməkdar artisti Yakub Əhmədov vəfat edib. Bu barədə məlumatı Özbək Milli Akademik Dram Teatrı Telegram kanalında yayıb.
OLAY yazır ki, Yakub Əhmədov 87 yaşında dünyasını dəyişib.
Uzun illər ərzində o, 40-dan çox filmdə rol alıb — bunlara “Əli-Baba və qırx quldurun macəraları”, “Zumrad”, “Keçmiş günlər” və digər ekran əsərləri daxildir. Bundan əlavə, aktyor 400-dən çox filmi özbək dilində səsləndirib.
Yaradıcılıq nailiyyətlərinə görə Yakub Əhmədov SSRİ Xalq artisti, 1977-ci il SSRİ Dövlət mükafatı laureatı, həmçinin Özbəkistan SSR Xalq artisti adlarına layiq görülüb. O, “Fədakar xidmətə görə” ordeni (2018) və “Əmək qəhrəmanlığı” medalı (2005) ilə də təltif olunub.
 
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                